yerin öz oxu və günəş ətrafında hərəkəti.


  • Yerin də öz oxu ətrafında sutkalıq, Günəş ətrafında isə illik hərəkəti baş verir. Yer kürəsi öz oxu ətrafında qərbdən şərqə doğru hərəkət edir. Yerin formasının qütblərdən basıq olması da onun öz oxu ətrafında hərəkətinin nəticəsidir. Yerin öz oxu ətrafında hərəkətinin ən başlıca nəticəsi gecə-gündüzün əmələ gəlməsidir. Yer öz oxu ətrafında tam dövrəni (360°) bir sutkada (24 saata) başa çatdırır. Eyni meridian üzərində yerləşən nöqtələrdə isə vaxt eyni olur. Bu, yerli vaxt adlanır.

Dekabrın 22-də Günəş 23,5°c.e.-də (cənub tropik xətti üzərində) zenitdə olur. Bu günə qış gündönümü deyilir. Cənub yarımkürəsi Günəşə doğru istiqamətləndiyindən 66,5°c.e.-də (cənub qütb dairəsində) Günəş batmır, burada qütb gündüzü, 66,5°şm.e.-də (şimal qütb dairəsində) isə Günəş çıxmadığından qütb gecəsi müşahidə olunur. Cənub yarımkürəsi çox işıqlandığından burada ən uzun gündüz və ən qısa gecə olur. Şimal yarımkürəsində isə bunun əksi müşahidə edilir. Cənub yarımkürəsində yay, şimalda isə qış fəslidir. Həmin gündən başlayaraq Günəşin zenitdə olması yenidən ekvatora tərəf yönəlir. Nəhayət, Yerin Günəş ətrafında illik hərəkəti martın 21-də başa çatır

mövzu ilə bağlı əlavə məlumatlarınız varsa bizimlə bölüşün.



Комментариев нет:

Отправить комментарий